“Bavariya”nın sağ cinah müdafiəçisi Benjamin Pavard yeni klubunda müdafiənin mərkəzində oynamaq istədiyini bildirib.
Sportal.az “Football Italia”ya istinadən xəbər verir ki, Münhen klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimi qüvvədə olan Pavard yayda komandasını dəyişəcək.
Belə ki, “Milan” və “Real”(Madrid) onu transfer etmək istəyir.
Futbolçu özü İtaliya mətbuatına açıqlamasında bu cür danışıb: “Artıq 7 ildir Almaniyada oynayıram və "Bavariya" ilə hər şeyi qazanmışam. Mən həmişə qalib gəlməyə can atıram. Mərkəz müdafiəçisi kimi yeni layihələri nəzərdən keçirməyə hazıram”.
Fransa millisinin 26 yaşlı futbolçusu 2016-cı ildə "Lill"dən "Ştuttqart"a, 2019-cu ildə isə "Bavariya"ya keçmişdi.
