Azərbaycanlı idmançı Türkiyədə gümüşə sahib çıxdı

14:22 - 16 Noyabr 2022

Türkiyənin paytaxtı Ankarada atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir.

Sportal.az xəbər verir ki, bu gün yarışa “Qartal” Ağır Atletika Klubunun nümayəndəsi İsa Rüstəmov və “Zirvə” Beynəlxalq İdman Klublarının nümayəndəsi Ömər Cavadov qoşulub. Onlar 73 kq çəki dərəcəsində yarışıblar.

İsa Rüstəmov 285 kq (130+155) nəticə ilə yarışda 6-cı yeri tutub.

​Ömər Cavadov birdən qaldırma hərəkətində 138 kq-ı ram edib və bu hərəkətdə gümüş medal qazanıb. O, təkanla qaldırma hərəkətində 155 kq-ı qaldıraraq bu hərəkətdə 6-cı, toplam 293 kq (138+155) nəticə ilə isə yekun sıralamada 4-cü yeri tutub.

Xəbər xətti