DÇ-2022: İspaniya millisinin müdafiəçisi zədələndi

12:21 - 17 Noyabr 2022

İspaniya millisinin müdafiəçisi Xose Luis Qaya zədələnib.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, dabanından zədələnən 27 yaşlı müdafiəçi 2022-ci il dünya çempionatını buraxmaq təhlükəsi ilə üz-üzə qalıb.

Millinin tibbi heyəti onunla bağlı bu gün qərarını verəcək.

Qaya mundialda iştirak edə bilməsə, onu “Barselona”nın müdafiəçisi Alexandro Balde əvəzləyəcək. 

Xəbər xətti