Avstraliya klubu Ronaldonu transfer edə bilər

14:49 - 17 Noyabr 2022

“Mançester Yunayted”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Avstraliyada oynaya bilər. 

Sportal.az "Yahoo Sports"a istinadən xəbər verir ki, portuqaliyalının xidmətində yüksək liqa təmsilçisi "Melburn Viktoriya” maraqlıdır. Avstraliya klubunun idman direktoru məsələ haqda bu cür danışıb:

“Biz Ronaldonu Avstraliyaya gətirməkdə maraqlı olduğumuzu ona bildirmişik. Bunun müəyyən risk olduğunu anlayırıq. Lakin bu təklifi o, nəzərdən keçirə bilər”.

 

Xəbər xətti