21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.
Sportal.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv bu gün Macarıstan yığması ilə yoldaşlıq görüşündə üz-üzə gəlib. Matç rəqibin 3:0 hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, milli komandamız 20 noyabr tarixində İsveçlə hazırlıq oyunu keçirəcək.
saytlarin hazirlanmasi