Fransa klubu müdafiəçi transfer etdi

13:31 - 18 Noyabr 2022

Fransanın "Lans" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Paris" klubundan Julyen Le Kardinalı transfer edib. Bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.

 

Fransalı sağ cinah müdafiəçkisi ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Julyen Le Kardinal "Paris"ə mövsümün əvvəlində "Bastiya"dan transfer olunub. Fransalı futbolçu komandanın heyətində meydana çıxdığı 13 matçda 1 qol vurub.

Xəbər xətti