Portuqaliya Kubokunda keçirilən “Penafiel” – “Moreyrense” matçında maraqlı hadisə yaşanıb.
Sportal.az xəbər verir ki, hakim qarşılaşmanın əsas vaxtına 72 dəqiqə vaxt əlavə edib. Buna səbəb isə oyun ərzində stadionda bir neçə dəfə işıqların sönməsi olub.
Qeyd edək ki, “Penafiel” 30-cu dəqiqədə hesabı açsa da, “Moreyrense” 90+55 və 90+64-cü dəqiqələrdə vurduğu qollarla qələbə qazanıb.