Fransa millisinin hücumçusu Kərim Benzema Qətərdə keçiriləcək dünya çempionatının ilk turunu buraxa bilər.
Sportal.az “Get French Football News”a istinadən xəbər verir ki, təcrübəli hücumçu hazırda ümumi qrupda məşq etmir. Buna görə də onun Avstraliya ilə matçda meydanda olacağı da inandırıcı deyil.
Millinin baş məşqçisi Didye Deşam da Benzemanı riskə atmaq istəmir.
Fransanın Avstraliya ilə ilk turdakı görüşü noyabrın 22-də baş tutacaq və Bakı vaxtı ilə 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi
