"Sassuola"da çıxış edən Davide Frattezi "Roma"ya qayıda bilər.
Sportal.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, yarımmüdafiəçi qışda paytaxta yollanacaq.
Futbolçu özü "canavarlar"ın heyətinə qoşulmağa can atır.
23 yaşlı futbolçu agentinin yetirməsi olduğu klubla danışıq aparmasını xahiş edib.
İtaliya millisinin heyətində bu il debüt etmiş Frattezi "Askoli", "Empoli", "Montsa"da da icarə əsasında çıxış edib.
