"Messi ən sevimli futbolçumdur"

21:51 - 19 Noyabr 2022

Argentina millisinin hücumçusu Lautaro Martinez “İnter Media”ya açıqlama verib.

Sportal.az xəbər verir ki, forvard Lionel Messini sevimli futbolçusu adlandırıb:

"Messi mənim ən sevimli futbolçumdur. Ona televizorda baxırdım, indi isə komanda yoldaşıyam. Onunla oynamağa başlayanda xəyalım reallaşdı".

25 yaşlı hücumçu 2018-ci ildə “Rasinq”dən “İnter”ə keçib. O, 2018-ci ildən də Argentinanın əsas millisində çıxış edir.

 

Xəbər xətti