Avqustda karyerasını başa vuran tanınmış hakim Cüneyt Çakır sonuncu dəfə oyun idarə edib.
Sportal.az xəbər verir ki, Çakır Türkiyə və Çexiya yığmaları arasında keçirilmiş görüşün ilk 5 dəqiqəsində baş hakim olub.
Ardınca isə matç Villiam Kolluma tapşırılıb.
Bununla da Çakır hakimlik karyerasında sonuncu oyununu idarə edib.
Türkiyəli mütəxəssis 2006-cı ildən FİFA referisi idi.
