DÇ-2022: "Qızıl top"un sahibi mundialda iştirak etməyəcək

10:53 - 20 Noyabr 2022

Fransa millisi böyük itki ilə üzləşib.

Sportal.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "qızıl top"un sahibi Kərim Benzema zədə səbəbindən mundialda iştirak etməyəcək.

Öncə ilk turu buraxacağı deyilən Benzemanın Qətərdəki turniri buraxacağı dəqiqləşib. Onun zədəsini sağaltması üçün üç həftəyə ehtiyacı olub. Bu isə forvardın mundialda iştirak etməyəcəyi deməkdir.

Artıq onun əvəzinə Didye Deşam "Mançester Yunayted"in üzvü Antoni Marsialı yığmaya çağırıb.

Fransa millisi mundialda D qrupunda Avstraliya, Danimarka və Tunislə mübarizə aparacaq.

 

Xəbər xətti