Belçika millisinin üzvü Yuri Tilemans "Lester"i tərk edəcək.
Sportal.az "Caughtoside" portalına istinadən xəbər verir ki, yarımmüdafiəçi özü hazırkı klubda qalmaq niyyətində deyil.
Onun xidmətində "Arsenal" maraqlıdır.
Mövsüm sonunda Tilemansın London klubu ilə müqavilə imzalayacağı gözlənilir. Tərəflərin artıq indidən danışıq apardığı və razılaşdığı iddia edilir.
25 yaşlı futbolçu "Anderlext" və "Monako"da oynadıqdan sonra 2019-cu ildə "Lester"lə müqavilə imzalayıb.
