Belçika millisinin hücumçusu Romelu Lukaku Qətərdə keçiriləcək dünya çempionatının qrup mərhələsinin ilk iki oyununu buraxmalı olacaq.
Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, forvard bud nahiyəsindən aldığı zədəsini sağaltmaqla məşğuldur.
Belçika millisinin məşqçilər korpusu qrup mərhələsinin son turunun Xorvatiya ilə görüşünə qədər Lukakunun hazır olacağına ümid edir.
F qrupunda yer alan Belçika Mərakeş, Kanada və Xorvatiya ilə mübarizə aparacaq.
