Braziliyanın keçmiş prezidenti Luiz İnasiu Lula da Silva bu gün start götürəcək dünya çempionatı ilə bağlı danışıb.
Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, ölkə başçısı Qətərdəki mundialla bağlı fikirlərini açıqlayıb:
"20 ildən sonra Braziliyanın yenidən dünya çempionu olmasının vaxtı çatıb. Digər komandalar o qədər də yaxşı çıxış etmirlər. Kriştiano Ronaldo da əvvəlki kimi oynamır. Ona görə də ümidlə doluyam”.
Braziliya Serbiya, İsveçrə və Kamerunla eyni qrupda mübarizə aparacaq.
"Lula" 2003-2011-ci ilə qədər Braziliyanın prezidenti olub.
saytlarin hazirlanmasi
