"Sabah"ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, gənc mütəxəssis Azərbaycan və Rusiya yığmaları arasında yoldaşlıq oyununun keçirilməsinin arzusunda olduğunu bildirib:
"Belə matçın keçirilməsinin tərəfdarıyam. Azərbaycan və Rusiya milliləri arasındakı matç marağa səbəb olardı. Amma təəssüf ki, mənim federasiya ilə heç bir əlaqəm yoxdur, ona görə də Azərbaycanda insanların bu barədə nə düşündüyünü bilmirəm. Bakıda yaxşı stadionlar var".
Bununla yanaşı, Musayev qış təlim-məşq toplanışında Rusiya klubları ilə qarşılaşıb-qarşılaşmayacaqlarını da söyləyib: "Oynayacağımız yoxlama görüşlərində Rusiyadan olan rəqiblər yoxdur. Artıq iki klubla danışmışıq. Onlardan biri Serbiyanın “Voyvodina”, digəri Polşa klubudur".
saytlarin hazirlanmasi
