Niderland millisinin aparıcı üzvü Memfis Depay dünya çempionatının ilk görüşünü buraxmaq təhlükəsi ilə üzləşib.
Sportal.az Niderland mətbuatına istinadən xəbər verir ki, bu barədə millinin çalışdırıcısı Lui van Qal özü mətbuat konfransında danışıb.
Təcrübəli mütəxəssis Depay haqda bunları deyib: "Niderland millisinə görə Depayı itirmək Seneqalın Maneni itirməsi kimi çətindir. Depay üçün çox darıxacağıq".
Niderland yığması mundialın ilk görüşündə bu gün Seneqalla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 20:00-da start götürəcək.
