Dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşən Seneqalın kapitanı Sadio Maneni əvəzləyəcək futbolçunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, millinin baş məşqçisi Aliu Sisse mətbuat konfransında bu haqda danışıb.
Yığmanın çalışdırıcısının dediyinə görə, Maneni üzvü Musa Ndiaye əvəzləyəcək. 2000-ci il təvəllüdlü futbolçu "Anderlext"in üzvüdür.
Seneqal millisi A qrupunun ilk turunda bu gün Niderlandla üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
