DÇ-2022: Fransa millisinin müdafiəçisi zədəsini sağaltdı

13:23 - 21 Noyabr 2022

Fransa millisinin müdafiəçisi Rafael Varan zədəsini sağaldıb. 

Sportal.az "Mançester Evening News"a istinadən xəbər verir ki, bu barədə Fransa millisinin baş məşqçisi Didye Deşam deyib.

Onun sözlərinə görə, müdafiəçi Qətərdə keçiriləcək dünya çempionatında oynamağa hazırdır: "Varane məşqlərdə çox çalışdı. Avstraliya ilə matçda ixtiyarımızda olacaq".

Xatırladaq ki, Fransa qrupdakı ilk görüşünü noyabrın 22-də Avstraliyaya qarşı keçirəcək.

 

Xəbər xətti