İngiltərə millisinin çalışdırıcısı İrana qarşı matç barədə: "Futbolçuların motivasiyası yüksəkdir"

13:54 - 21 Noyabr 2022

İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt bu gün DÇ-2022-nin qrup mərhələsinin İrana qarşı keçiriləcək matçı barədə danışıb.

Sportal.az "The Guardian"a istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis İran millisinin zəif komanda olmadığını deyib:

"Səbirsizliklə bu oyunu gözləyirik. Futbolçuların motivasiyası yüksəkdir. Onlar nəzarət edə biləcəkləri şeyə diqqət etməlidirlər. Bu, bizim məşqlərimiz və matçlarımızdır. Rəqiblərimizin keyfiyyətini bilirik. İran Karloş Keyruşun rəhbərliyi altında son dünya çempionatında çox güclü rəqiblərə qarşı çox mütəşəkkil komanda olduqlarını göstərdilər. Qalib gəlmək üçün ən yaxşısını verməliyik".

 

Xəbər xətti