"Barselona" müdafiəçisi ilə müqavilə müddətini uzadacaq

16:24 - 21 Noyabr 2022

"Barselona" Alexandro Balde ilə müqavilə müddətini uzatmaq istəyir.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ona yeni müqavilə təklif edib.

Baldenin "Barsa" ilə hazırkı müqavilə müddəti 2024-cü ildə başa çatacaq.

Klub ispaniyalı futbolçu ilə 500 milyon avroluq sərbəstqalma müddəası ilə müqavilə müddətini uzadacaq.

19 yaşlı futbolçu 2021-ci ildən “Barselona”nın əsas komandasında çıxış edir.

 

Xəbər xətti