Sabiq "Neftçi"li PSJ-yə qarşı oynayacaq

10:41 - 22 Noyabr 2022

Fransa kubokunun 1/32 final mərhələsinin cütlükləri bəlli olub. 

Sportal.az xəbər verir ki, turnirin iddialılarından olan "Monako” Liqa 2 təmsilçisi “Rodez”lə, PSJ isə "Neftçi"nin sabiq üzvü Roman Baskın formasını geyindiyi üçüncü liqada çıxış edən "Şatoru" ilə qarşılaşacaq.

Bu mərhələdə "Lion"un rəqibi də aşağı liqada çıxış edən "Mets"dir.

Fransa kubokunun 1/32 final mərhələsinin oyunlari 2023-cü ilin yanvarında baş tutacaq.

 

Xəbər xətti