Seneqal millisinin çalışdırıcısı Aliu Sisse Qətərdəki dünya çempionatının ilk turunda Niderlanda 0:2 hesablı məğlubiyyəti şərh edib.
Sportal.az xəbər verir ki, afrikalı məşqçi komandasının uğursuz nəticəsi haqda belə danışıb:
"Qol vura bilmədiyimiz üçün məyusam. Halbuki qol epizodlarımız var idi. Ancaq onları dəyərləndirə bilmədik. Sadio Manenin olmaması bizim üçün problemdir. Bu heyətlə daha çox çalışmalı olduğumuzu bilirəm. Çətin oyun idi. Çox şey gözlədiyim oyunçular var. Növbəti matçı qazanmağa çalışacağıq".
