Paytaxt klubu norveçli forvard gətirdi

11:27 - 22 Noyabr 2022

"Bodo-Qlimt"in və Norveç millisinin  hücumçusu hücumçusu Ola Solbakken "Roma" ilə müqavilə imzalamağa yaxındır.

Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, norveçli vinger tibbi müayinədən keçmək üçün Romaya yollanıb.

24 yaşlı futbolçu yanvarda İtaliya klubuna azad agent kimi keçəcək.

Müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub.

Solbakken "Ranheym"də oynadıqdan sonra 2020-ci ildə "Bodo-Qlimt"ə keçmişdi.

 

Xəbər xətti