Ronaldo: "Portuqaliya mundialın ən yaxşı komandasıdır"

11:43 - 22 Noyabr 2022

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo komandasının 2022-ci il dünya çempionatındakı şanslarını dəyərləndirib.

Sportal.az xəbər verir ki, “The Guardian”a danışan Ronaldo mundialın favoritlərindən söz açıb:

​“Bizim iddialı komandamız var. Hesab edirəm ki, Portuqaliya bu mundialın ən yaxşı komandasıdır. Amma biz bunu meydanda göstərməliyik”.

Xatırladaq ki, Portuqaliya H qrupunda Uruqvay, Cənubi Koreya və Qana ilə mübarizə aparacaq.

Xəbər xətti