Noyabrın 25-də Maltanın paytaxtı Valetta şəhərində yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi başlayacaq.
Sportal.az xəbər verir ki, 4 gün davam edəcək turnirdə ölkəmiz 17 idmançı ilə təmsil olunacaq.
Azərbaycanı Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Xuraman Cavadzadə (37 kq), Firəngül Abbaszadə (41 kq), Banu Quliyeva (44 kq), Şəms Əlizadə (47 kq), Fatimə Həsənova (51 kq), Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Riad Quliyev (41 kq), Fuad Məhərrəmli (45 kq), Bahadur Dostuyev (49 kq), Vasif Səlimov (53 kq), Abdulsübhan Dadaşlı (57 kq), Yunis Hüseynov (61 kq), Elcan Əliyev (65 kq) və Nihad Həsənov (+65 kq) təmsil edəcək. Yığmanın baş məşqçisi Rəşad Məmmədov, məşqçisi isə Vurğun Cəfərovdur.
Komandamız bu gün Maltaya yollanacaq, noyabrın 30-da isə vətənə qayıdacaq.
