DÇ-2022: Almaniya millisi onun xidmətindən istifadə edə bilməyəcək

16:18 - 22 Noyabr 2022

Almaniya millisi sabah dünya çempionatındakı çıxışına start verəcək. 

Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Bundestim bu görüşdə aparıcı üzvü Leroy Sanenin xidmətindən istifadə edə bilməyəcək.

Onun sabah Yaponiyaya qarşı keçiriləcək görüşdə meydanda olmayacağı dəqiqləşib.

26 yaşlı futbolçu hazırda dizindəki zədəsini sağaltmaqla məşğuldur.

 

Xəbər xətti