Baxşıyevin "Qəbələ"də 100-cü oyunu

10:38 - 23 Noyabr 2022

Elmar Baxşıyev “Qəbələ”nin baş məşqçisi postunda 100-cü oyununu keçirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisin yubileyi Azərbaycan kubokunun 1/8 final mərhələsinə təsadüf edib.

“Qırmızı-qaralar” “Araz Naxçıvan”la ev oyununda 5:0 hesablı qələbə qazanıb.

Baxşıyevin “Qəbələ”nin baş məşqçisi kimi debütü 2019-cu il sentyabrın 14-də “Sabah”la səfər matçında gerçəkləşib. Komanda həmin görüşdə 1:0 hesablı qələbə qazanıb. Onun rəhbərliyi altında Premyer Liqada 87, kubokda 11, avrokuboklarda 2 matça çıxan bölgə təmsilçisi 35 qələbə qazanıb, 27 heç-heçə edib və 38 dəfə uduzub.

Xəbər xətti