Dünya çempionatının ilk turunda Argentina ilə qarşılaşan Səudiyyə Ərəbistanı 2:1 qalib gəlib.
Sportal.az xəbər verir ki, ərəblər bu qələbə nəyə qədər sevinibsə, komandanın aparıcı üzvü Yasser Əl Şahraninin zədəsi bir o qədər üzücü olub.
Oyunun gedişində millinin qolkiperi Məhəmməd Əl-Ovais ilə toqquşma zamanı zədələnən müdafiəçinin durumuna aydınlıq gəlib. O, əməliyyat olunacaq. Əl Şahrani Qətər şeyxinin şəxsi təyyarəsi ilə dərhal Almaniyaya göndərilib.
30 yaşlı müdafiəçiyə çənə sınığı, bir neçə üz sümüyünün əzilməsi və daxili qanaxma diaqnozu qoyulub.