Türkiyə millisinin və "Hall Siti"nin futbolçusu Ozan Tufan İtaliyaya yollana bilər.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin "Salernitana"ya keçidi gündəmə gəlib.
İtaliya A seriyasının təmsilçisi Ozan üçün qışda rəsmi təklif göndərəcək.
Ozan 2022-ci ildə "Fənərbaxça"dan "Hall Siti"yə keçmişdi.