"Partizan"ın formasını geyinən Patrik Andradenin Azərbaycana qayıda biləcəyi haqda xəbərlər yayılıb.
Yayda "Qarabağ"dan ayrılaraq Serbiyaya yollanan və Belqrad klubu ilə müqavilə imzalayan yarımmüdafiəçi Sportal.az saytına bununla bağlı açıqlama verib.
Mətbuatda adı "Neftçi" və "Zirə" ilə hallanan 29 yaşlı futbolçu məsələ haqda bunları söyləyib:
"Neftçi" və "Zirə"dən təklif? Bu barədə heç bir məlumatım yoxdur. Hazırda “Partizan”da oynayıram və fikrimi bu klubdakı çıxışıma yönəltmişəm”.
Xatırladaq ki, kabo-verdeli futbolçu 2020-2022-ci illərdə "Qarabağ"da oynayıb.
Mirbağırağa