"Mançester Siti" Xosep Qvardiola ilə müqavilə müddətini uzadıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin ispaniyalı ilə yeni müqaviləsi 2025-ci ilin yayına qədərdir.
51 yaşlı mütəxəssisə transferlərlə birbaşa özünün məşğul olması imkanı verilib.
Qvardiola 2016-cı ildən "şəhərlilər"in baş məşqçisidir.