Rəşad Sadıqov: "Bu, üzərimizdəki təzyiqi daha da artırırdı"

16:12 - 23 Noyabr 2022

Azərbaycan kubokunun 1/8 final mərhələsində "Mingəçevir"i səfərdə 2:0 məğlub edən "Zirə" növbəti mərhələyə vəsiqə qazanıb.

Sportal.az xəbər verir ki, matçdan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov görüşlə bağlı danışıb:

"Çox vacib qələbə qazandıq. 1/8 final mərhələsi bir oyundan ibarətdi. Bu, üzərimizdəki təzyiqi daha da artırırdı. Futbolçularıma təşəkkür edirəm. Şəraiti də nəzərə alsaq, onlar çox peşəkar və intizamlı oynadılar. Bizim üçün çox vacib qələbə idi".

Mirbağırağa

 

Xəbər xətti