UEFA Avropa Liqasının qrup mərhələsində heç-heçə başa çatmış oyunların nəticəsinə görə, bundan əlavə, turnirdə iştirakla əlaqədar bonus olaraq UEFA "Qarabağ" klubuna ödəniş edib.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA tərəfindən ayrılmış 504.000 (beş yüz dörd min) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.
Ağdam təmsilçisi Avropa Liqasının G qrupunda "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant"la (Fransa) mübarizədə qrupda üçüncü pilləni tutaraq Konfrans Liqasına yollanıb.