Dadaşov qol vurdu, "Şalke" uduzdu

Almaniyanın Qərb Regional Liqasında 10-cu turdan təxirə salınmış matç baş tutub.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin sabiq forvardı Rüfət Dadaşovun formasını geyindiyi "Şalke-2" növbəti görüşünə çıxıb.

Helzenkirhen təmsilçisi evdə "Proyssen Münster"lə üz-üzə gəlib. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydana start heyətində çıxan Rüfət 77-ci dəqiqədə əvəzlənib. "Şalke"nin yeganə qolunu Dadaşov vurub.

Onun komandası 17 turdan sonra 26 xalla 7-ci pillədədir. 

Tarix: 24 Noyabr [10:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Dekabr 2022
3  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio