Azərbaycan kubokunun 154-cü iştirakçısı

Azərbaycan Kubokunun 1/8 final mərhələsi daha bir klubun turnirdə debütü ilə əlamətdar olub.

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Mingəçevir” tarixində ilk dəfə kubok matçında meydana çıxıb.

“Zirə”ni qəbul edən bölgə təmsilçisi bu qarşılaşmada 0:2 hesabı ilə uduzub. Mingəçevirin eyniadlı klubu ölkə kubokunun 30 illik tarixinə bu yarışda iştirak edən 154-cü komanda kimi düşüb.

Cari mövsümədək 153 klub kubokda qüvvəsini sınayıb. Yalnız “Neftçi” 31 mövsüm bu turnirdə mübarizə aparıb.

Tarix: 24 Noyabr [11:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Dekabr 2022
3  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio