"Kəpəz"in 30-cu qələbəsi

“Kəpəz” Azərbaycan Kubokunda 30-cu ev qələbəsini qazanıb.

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi 1/8 finalda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.

Qərblilər bunadək kubokda keçirdiyi 47 ev matçında 29 dəfə qələbə sevinci yaşamışdı. 30-cu uğuru 48-ci matça təsadüf edən qərblilər 6 heç-heçə edib və 12 dəfə uduzub.

​“Kəpəz” Azərbaycan Kubokunun ev oyunlarında 30 və daha çox qələbəsi olan 4-cü komandadır. Yalnız “Qarabağ”, “Neftçi” və “Şamaxı” doğma divarlar arasında daha çox görüşdə qalib olub.

Tarix: 24 Noyabr [11:42]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Dekabr 2022
3  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio