Millimiz Avstriya ilə yeni istifadəyə veriləcək stadionda oynayacaq

12:59 - 24 Noyabr 2022

Avstriyanın AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya komandalarını hansı stadionda qəbul edəcəyi dəqiqləşib.

Sportal.az "Tips"ə istinadən xəbər verir ki, hər iki oyun 2023-cü il fevralın 24-də istifadəyə veriləcək Linz şəhərindəki yeni "Raiffeisen Arena" stadionunda oynanılacaq. Bu stadion 17 min nəfərdən bir qədər çox tamaşaçı tutumuna malikdir.

Avstriya – Azərbaycan qarşılaşması 2023-cü il martın 24-də keçiriləcək. 

 

Xəbər xətti