"Özümüz Yaponiyanı matçın qalibi etdik"

Almaniya millisinin qapıçısı Manuel Noyer DÇ-2022-də Yaponiyaya 1:2 uduzduqları matçı şərh edib.

Sportal.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli qolkiper asiyalılara məğlubiyyəti haqda bunları deyib:

"Məğlubiyyətin səbəbləri hücumda əldən verilən şanslar və müdafiədə kifayət qədər yaxşı oyun nümayiş etdirməməkdir. Yaponiya yaxşı pressinq edirdi. Bizdə isə sakitlik və düzgün mövqe hərəkətləri çatışmırdı. Daha dəqiq ötürmə edib, inamlı oynasaydıq, yaxşı olardı. Biz özümüz Yaponiyanı matçın qalibi etdik".

Almaniya E qrupunda İspaniya, Almaniya və Kosta-Rika ilə mübarizə aparır.

Tarix: 24 Noyabr [13:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
4 Dekabr 2022
3  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio