Fransa klubu baş məşqçisi ilə yollarını ayırdı

13:51 - 24 Noyabr 2022

Fransa Liqa 1-də mübarizə aparan "Anje" baş məşqçisi Jerald Batikli istefaya göndərib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uğursuz nəticələrin ardında rəhbərlik onunla yollarını ayırıb.

"Anje" keçirdiyi son 8 görüşün hamısında uduzmuşdu.

Klub ölkə çempionatında 15 turdan sonra 8 xalla sonuncu pillədə qərarlaşıb.

Batikl 2021-ci ilin mayından klubu çalışdırırdı.

Xəbər xətti