"Olimpiakos" yayda heyətinə qatdığı Marselodan hələ ki, tam olaraq istifadə edə bilmir.
Sportal.az "gazzetta.gr" portalına istinadən xəbər verir ki, Pirey təmsilçisinin rəhbərliyi 34 yaşlı müdafiəçinin bu mövsüm çox oynaya bilməməsindən narazıdır.
Marselo bu mövsüm 5 görüşdə meydana çıxıb
Yunanıstan klubunun rəhbərliyi belə davam edəcəyi təqdirdə, onunla yollarını ayırmağa çalışacaq. Amma təzminat məsələsinə görə, hələ ki, klub konkret addımlar ata bilmir.
Futbolçu isə zədəsini tam sağaltmaqla məşğuldur.