"Yuventus"da qalıb-qalmayacağımı dəqiqləşdirməmişəm"

14:56 - 24 Noyabr 2022

Fransa millisinin və "Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyu etiraf edib ki, Turin klubunda qalıb-qalmayacağını bilmir.

Sportal.az "La Repubblica"ya istinadən xəbər verir ki, yarımmüdafiəçi yaydan sonra başqa komandaya da yollana bilər:

“Gələcəkdə nələrin baş verəcəyini bilmirəm “Yuventus”da qalıb-qalmayacağımı da dəqiqləşdirməmişəm. İndi bunu müzakirə etməyin vaxtı deyil. Aydındır ki, mənim son çıxışlarım mənə hər yerə getməyə və ya “Yuventus”la yeni müqavilə imzalamağıma kömək olacaq”.

27 yaşlı futbolçu 2019-cu ildə PSJ-dən “Yuventus”a keçib.

Xəbər xətti