Fransa millisinin forvardı seçim edəcək

15:19 - 24 Noyabr 2022

Fransa millisinin forvardı Markus Türam Almaniyadan ayrıla bilər.

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, "Borussiya" (Münhenqladbax) forması geyinən 25 yaşlı hücumçu "Arsenal", "Tottenhem" və "Yuventus"un transfer siyahısındadır.

Hər üç klub forvard üçün Almaniya təmsilçisinə rəsmi müraciət edib.

"Borussiya" onu 10 milyondan aşağı qiymətə satmaq istəmir. Fransalı futbolçunun "Yuventus"a keçmək istəyində olduğu bildirilir.

Xəbər xətti