"Araz-Naxçıvan"dan növbəti qələbə

Bu gün futzal üzrə Yüksək Liqada VIII turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, ilk matçda lider “Araz-Naxçıvan” turnir cədvəlində ən yaxın izləyicisi olan “Baku Fire”lə qarşılaşıb. Hər iki komanda oyuna itkilərlə çıxıb. Nominal meydan sahibi komandadan Nihad İsmayılov və Sahand Rezapour zədəli olduğuna görə komandasına kömək edə bilmirdisə, qonaqlar kapitan Fərid Ələkbərov və Andreunun xidmətindən məhrum olmuşdu. Oyuna fəal başlayan “Araz-Naxçıvan” fasiləyə qədər rəqibi iki dəfə meydanın mərkəzinə dəvət edib. Katatau və Felipinyo qol vurub. İkinci hissədə “Baku Fire” bir neçə epizodda fərqi azaltmaq imkanı əldə etsə də, faydalana bilməyib. Sonrakı dəqiqələrdə “Araz-Naxçıvan” daha 2 qol vurub, meydan sahiblərinin gücü isə təsəlli qoluna çatıb. Turun ikinci oyununda “Record club” qələbə qazanıb. Yayda karyerasını Almaniyanın “Ştutqart” klubunda davam etdirən Anar İsayev dönüşü qolla qeyd etsə də, komandasını məğlubiyyətdən qurtara bilməyib. Tura “Neftçi” İK – U-19 dueli ilə yekun vurulub. Daha güclü olan “Neftçi” qələbə qazanıb.

 

Baku Fire – Araz-Naxçıvan (0:2) 1:4

24 noyabr. Bakı İdman Sarayı. Saat 14:15

Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Nail Nağıyev

Hakim-inspektor: Murad Məmmədov

Qollar: Oruc Baxşəlizadə, 39:01 // Katatau, 3:42, Felipinyo, 6:24, Ramiz Çovdarov, 35:40, Xəzər Ağalızadə, 37:26

Sarı vərəqə: Soruş Heydari, 10:58

 

Baku Fire

12. Kamran Hacıyev (q), 3. Oruc Baxşəlizadə, 4. Elvin Quliyev (k), 9. Murad Quluzadə, 21. Soruş Heydari, 1. Elnur Zamanov (q), 2. Məlik Mirzəyev (q), 5. Nurlan Məmmədov, 7. Faiq Əliyev, 11. İmaməli Hüseynov, 18. Elşən Əliyev, 19. Tofiq Əliyev, 22. Ağa Takliq Ali

Baş məşqçi: Teymur Eyvazov

 

Araz-Naxçıvan

19. Cavad Məmmədov (q), 6. Viktor Ponce, 7. Ramiz Çovdarov, 17. Felipinyo, 21. Katatau, 1. Azər Fərmanov (q), 9. Oktay Rüstəmli, 14. Xəzər Ağalızadə

Baş məşqçi: Joze Alesio Da Silva

 

Record club – Alyans (Lənkəran) (3:1) 9:4

24 noyabr. Bakı İdman Sarayı. Saat 16:15

Hakimlər: Knyaz Əmiraslanov, Xəlil Xəlilov, Şakir Quliyev

Hakim-inspektor: Elçin Səmədli

Qollar: Seyidreza Hosseini Hotkani, 4:23, 29:33, Matin Qahramani, 11:53, 22:00, Mojtaba Vali, 17:46, Çinedu Stephen Auam-Aqa, 24:38, 25:34, 33:10, 33:46 // Anar İsayev, 17:23, 31:54, Əlizamin Rzayev, 28:36, Adil İsmayılov, 36:06,

Sarı vərəqələr: Çinedu Stephen Auam-Aqa, 28:30 // Adil İsmayılov, 11:47

Qırmızı vərəqə: Çinedu Stephen Auam-Aqa, 33:46

 

Record club

23. Mehdi Karimi (q), 27. Matin Qahramani (k), 7. Mojtaba Vali, 9. Seyidreza Hosseini Hotkani, 11. Rəsul İbrahimov, 2. Emil İsrəfilov (q), 3. Onur Əlizadə, 5. Emin Məhərrəmli, 6. Çinedu Stephen Auam-Aqa,

Baş məşqçi: Ali Tajik

 

Alyans (Lənkəran)

2. İmran Məhərrəmov (q), 8. Anar İsayev (k), 10. Adil İsmayılov, 14. Əlizamin Rzayev, 18. Mohammad Alizadeh, 1. Kənan Qasımzadə (q), 6. Təhmiraz Abbasov, 12. Nihad İsmayılov, 15. Cəlil Axundov

Baş məşqçi: Akbar Xodaei

 

Neftçi İK – U-19 (2:0) 3:0

24 noyabr. Bakı İdman Sarayı. Saat 18:15

Hakimlər: Ceyhun Hüseynov, Nahid Xasıyev, Elgün Hüseynov

Hakim-inspektor: Azad Hüseynov

Qollar: Məhəmməd Abbasov, 9:29, Asif Zeynalov, 16:39, Mirzə Əmirov, 25:37

Sarı vərəqələr: İlham Alıyev, 28:36

 

Neftçi İK

12. Anar Məmmədov (q), 6. Mirzə Əmirov, 8. Ülvi Əliyev, 10. Rüfət Balakişiyev, 94. Rüstəm Bağırov, 1. Emin Kürdov (q), 3. Kənan Manafov, 4. Məhəmməd Abbasov, 7. İlqar Nuruşov, 9. Nurlan Mehdizadə, 17. Asif Zeynalov, 38. İbrahim Zeynalov

Baş məşqçi: Hacıbala Abdullazadə

 

U-19

12. Sadiq Əlizadə (q), 2. Sunay Həsənov (k), 6. Rüfət Məmmədli, 9. Elşən Mahmudov, 14. Kənan Rövşani, 1. Rəvan Hüseynov (q), 3. Qüdrət Qasımzadə, 4. Taryel Xasıyev, 5. Nihad Cəfərli, 7. İlham Alıyev, 8. Nüsrət Fərzəli, 10. Arzu Abbasov, 11. Əhməd İsmayılov, 13. Rasim Mikayılov

Baş məşqçi: Ağatahir Əzimov

Tarix: 24 Noyabr [20:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio