"Atletiko" Joao Felikslə yollarını ayırmağa hazırlaşır.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, portuqaliyalı Madrid klubunda qalmaq istəmədiyini bildirib. Məxsus olduğu klub isə onun transferindən minimum 100 milyon avro qazanmaq istəyir.
PSJ 23 yaşlı yarımmüdafiəçini transfer etmək istəsə də, ona görə "Atletiko"ya rəsmi təklif göndərən olmayıb.
Feliksin Madrid klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.