Serbiya millisinin kapitanı Duşan Tadiç DÇ-2022 matçında Braziliyaya məğlubiyyəti (0:2) şərh edib.
Sportal.az “O Globo”ya istinadən xəbər verir ki, təcrübəli futbolçu matç haqda bunları deyib:
"Braziliya çox keyfiyyətli komandadır. Yaxşı başladıq, hətta bir neçə dəfə onların qapısına tərəf yaxın idik.
Sonra ilk qol gəldi, biz daha çox risk etmək məcburiyyətində qaldıq. İmkanlarımız geniş deyildi. Bəli, onlar qələbəyə layiq idilər, çünki daha yaxşı idilər. Rəqib bizdən güclü idi, amma irəliləməyə davam edirik".
Xatırladaq ki, Serbiya ilk görüşündə Braziliyaya 0:2 uduzub. Xatırladaq ki, serblər qrupdakı ikinci görüşünü noyabrın 28-də Kameruna qarşı keçirəcək və matç Bakı vaxtı ilə 14:00-da başlayacaq.
saytlarin hazirlanmasi