"Fənərbaxça"nın forvardı Joao Pedro yenidən İtaliyaya qayıda bilər.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, 30 yaşlı forvard böyük ehtimalla "Sampdoriya"ya keçəcək.
İstanbul klubunun rəhbərliyi gözləniləni verə bilməyən Pedronu Genuya təmsilçisinə icarəyə göndərmək istəyir.
Pedro bu mövsüm 10 oyunda 1 qol, 1 assistlə oynayıb. 30 yaşlı hücumçu braziliyalı olsa da, bu ildən İtaliya millisində çıxış edir.