DÇ-2022: Neymarın ikinci turda meydana çıxıb-çıxmayacağı dəqiqləşməyib

12:34 - 25 Noyabr 2022

Braziliya millisinin aparıcı üzvü Neymar dünya çempionatının ilk turunun Serbiya ilə görüşündə topuq nahiyəsindən zədələnib.

Sportal.az "A Bola"ya istinadən xəbər verir ki, o, zədə səbəbindən 79-cu dəqiqədə Antoni ilə əvəzlənib.

Onun sağ topuğu burxulub. Neymarın ikinci turda meydana çıxıb-çıxmayacağı iki gün sonra dəqiqləşəcək. İndi isə o, müalicə olunur.

Xatırladaq ki, Braziliya millisi noyabrın 28-də İsveçrə yığması ilə qarşılaşacaq və matç Bakı vaxtı ilə 20:00-da start götürəcək.

Xəbər xətti