Millimiz Fransa və Yunanıstanla eyni qrupda

11:38 - 26 Noyabr 2022

19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında təşkil olunacaq Avropa çempionatının əsas mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı 5-ci qrupun oyunları Bosniya və Herseqovinada keçiriləcək.

 

Sportal.az xəbər verir ki, komandamız növbəti mərhələyə yüksəlmək üçün meydan sahibləri ilə bərabər, Fransa və Yunanıstandan olan həmyaşıdları ilə mübarizə aparacaq. Bu mərhələnin oyunları gələn il martın 21-dən 26-dək keçiriləcək.

 

Yalnız qrup qalibləri final mərhələsinə yüksələcək. Final mərhələsi isə gələn ilin sentyabrında Xorvatiyada təşkil olunacaq.

Xəbər xətti