A seriyasının lideri braziliyalı forvardı istəyir

10:29 - 27 Noyabr 2022

"Napoli" heyətini braziliyalı futbolçu ilə gücləndirmək niyyətindədir.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, İtaliya klubu "Betis"in forvardı Luis Henrikenin xidmətində maraqlıdır.

Neapol klubunun rəhbərliyi Henrike üçün lazım olan məbləği qarşı tərəfə ödəmək istəyir.

Mövsümün əvvəlində "Betis"də oynayan braziliyalı 9 matçda iki qol vura bilməyib. 

21 yaşlı futbolçu "Fluminense" yetirməsidir. 

Xatırladaq ki, "Napoli" 15 turdan sonra 41 xalla A seriyasının lideridir.

Xəbər xətti